Qızıl medal uğrunda döyüşən idmançılarımız - SİYAHI

XXX London Yay Olimpiya Oyunlarının 14-cü günündə Azərbaycan millisi medallarının sayını artıra bilər

Apasport.az saytının məlumatına görə, avqustun 10-da qüvvəsini sınayacaq 7 idmançımızdan üçü elə bu gün mübarizəni başa vuracaq.

Bunlar taekvondoçularımız və güləşçimizdir. Onlardan fərqli, artıq bürüncü özlərinə təmin edən boksçularımız medalın əyarını yaxşılaşdırmağı, kanoeçimizlə bədii gimnastımız isə final mərhələsinə yüksəlməyi hədəfləyib.

Boks

1/2 final

Teymur Məmmədov (91 kq) - saat 19:45
Məhəmmədrəsul Məcidov (+91 kq) - saat 02:30

Bədii gimnastika

Çoxnövçülük, təsnifat mərhələsi

Aliyə Qarayeva - saat 16:00

Kanoe

Təsnifat mərhələsi, 1 nəfərlik qayıqla 200 m

Valentin Demyanenko - saat 13:51

Yarımfinal mərhələsi

Saat 15:30

Taekvondo

1/8 final

Ramil Əzizov (80 kq) - saat 13:15
Fəridə Əzizova (67 kq) - saat 16:30

Sərbəst güləş

1/16 final

Əşrəf Əliyev (74 kq) - saat 17:00

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31