Vaqif Cavadov rəsmən Türkiyə klubunda
27 İyun 2014 15:15 İdmanAzərbaycan millisinin üzvü Vaqif Cavadov futbolçu karyerasını Türkiyədə davam etdirəcək. Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, Türkiyə birinci divizion təmsilçisi "Qaziantep Büyükşehir Belediyespor"la iki illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidmətinin rəhbəri İbrahim Açıkgöz jurnalistlərə açıqlamasında deyib: "Heyətimizə Vaqif Cavadov kimi önəmli futbolçu cəlb etdik. Onun komandaya fayda verəcəyinə inanırıq". Xatırladaq ki, V.Cavadov son mövsüm Bakı "İnter"ində oynayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31