Əlcəzairin baş məşqçisi: "Komandamla qürur duyuram"
27 İyun 2014 11:58 İdmanƏlcəzair millisinin baş məşqçisi Vahid Halilhodjiç DÇ-2014-də Rusiya ilə bərabərə (1:1) qalaraq 1/8 finala yüksəldikləri oyunu şərh edib. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, qrupdan çıxdıqları üçün qürur hiss keçirdiyini deyib: "Tarixi bir matç oynadıq və növbəti mərhələyə yüksəlməyi bacardıq. Son üç ildə daha yaxşı komanda formalaşdırdıq. Futbolçularım istədiyim kimi oyun nümayiş etdirdi. Komandamla qürur duyuram". V.Halilhodjiç 1/8 finalda qarşılaşacaqları Almaniya haqda da danışıb: "İndi hər kəs Əlcəzairin 1982-ci ildə Almaniyanı məğlub etməsindən danışır. Ancaq bu uzun zaman öncə idi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31