Ronaldo: "Dünya çempionatının bombardiri Müller olacaq"
27 İyun 2014 11:17 İdmanBraziliya millisinin sabiq hücumçusu Ronaldo Almaniya yığmasının forvardı Tomas Müllerin dünya çempionatının bombardiri olacağını deyib.Milli.Az qol.az-a istinadən xəbər verir ki, "sport1.de"yə danışan Ronaldo Müllerin Kloze və özünün rekordunu da təzələyəcəyini bildirib:"Kloze bu mundialda vuracağı qolla mənim və özünün rekordunu təzələyə bilər. Ancaq o, bu rekordu uzun müddət qoruya bilməyəcək. Çünki Tomas Müller tezliklə həm bu mundialın, həm də dünya çempionatları tarixinin ən yaxşı bombardiri olacaq".Qeyd edək ki, Ronaldo və Kloze hərəyə 15 qolla dünya çempionatları tarixində ən çox qol vuran futbolçular siyahısına başçılıq edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31