"Neftçi"də yeni kapitan
25 İyun 2014 20:15 İdmanTürkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən "Neftçi" klubunun prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə məşqçilər korpusunun və klubun idarə heyətinin toplantısı keçirilib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, toplantıda yeni mövsümdə "Neftçi"nin kapitanının kim olacağı müzakirə olunub. Müzakirələrdən sonra artıq 5-ci mövsümdür ki, "Neftçi"nin heyətində çıxış edən braziliyalı Flavio Aleks Valensio (Flavinyo) komandanın kapitanı seçilib. Vitse-kapitanlar isə Mirhüseyn Seyidov və Elvin Yunuszadə olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31