Berti Foqts: "Mən orada məşqçi deyiləm"
25 İyun 2014 20:05 İdmanABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmannın xüsusi məsləhətçisi olan Azərbaycan millisinin çalışdırıcısı Berti Foqts bu komandadakı fəaliyyətindən danışıb. Almaniyalı mütəxəssis "The Guardian" qəzetinə açıqlamasında ABŞ millisindəki işini belə xarakterizə edib: "ABŞ yığmasında məşqçi deyiləm. Ola bilsin ki, bəzən Yurgen Klinsmannın mənə rəqiblərlə bağlı xüsusi sualı yaransın. Bu zaman ona lazımi məlumatlar verirəm. Yəni ABŞ millisindəki işim bundan ibarətdi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31