Rəhim Həsənov Avropa Liqasının oyununda

UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsi çərçivəsində iyulun 3-də keçiriləcək "Kayrat" (Qazaxıstan) - "Kukesi" (Albaniya) oyununu FİFA referisi Rəhim Həsənov idarə edəcək. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, onun köməkçiləri Yaşar Abbasov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Anar Salmanov yerinə yetirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31