Olimpiada-2012: Aliyə Qarayeva “5-lik”də
9 Avqust 2012 21:01 İdman2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın yeganə bədii gimnastı Aliyə Qarayeva mübarizəyə qoşulub. 24 yaşlı idmançı çoxnövçülük yarışlarına qatılıb.24 iştirakçı arasında yer alan Qarayeva əvvəlcə halqa ilə çıxış edib. O, 27,450 xalla 7-ci olub. Ardından gimnastımız topla bacarığını göstərib. Bu dəfə 28,350 xal alan təmsilçimiz 3-cü olub. Beləliklə, iki hərəkətin cəmində 55,800 xal yığan Qarayeva günü 5-ci pillədə başa vurub.İlk 4 yeri rusiyalı Darya Dmitriyeva (57,800) və Yevgeniya Kanayeva (57,625), eləcə də belaruslu Lyubov Çerkaşina (56,450) ilə cənubi koreyalı Yeon Cey Son (55,900) tutub.Avqustun 10-da gimnastlar gürz və iplə hərəkətləri yerinə yetirəcəklər. 4 hərəkətin cəmində ilk "10-luğ"a düşəcək gimnastlar ertəsi gün baş tutacaq finala yüksələcəklər.lent.az