Yunanıstanın baş məşqçisi: "Tarix yazdıq"

Yunanıstanın baş məşqçisi Fernando Santos "DÇ-2014"də Fil Dişi Sahili yığması üzərində qazanılan qələbəni (2:1) şərh edib. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, təcrübəli mtəxəssis bu görüşdə layiqli qələbə qazandıqlarını deyib: "İki qol vurduq və daha iki dəfə də fərqlənə bilərdik. Qələbəyə layiqli oyun nümayiş etdirdik. Müdafiədə yaxşı oynayırıq, amma bu dəfə hücumda da istədiyim kimi təsir bağışladıq. Son dəqiqədə verilən penalti qərarı da düzgün idi. Bu qələbəni qeyd edəcəyik, çünki tarix yazdıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31