"Qarabağ" Avstriyada hazırlıqlarını davam etdirir

"Qarabağ" klubu Avstriyada hazırlıqlarını davam etdirir. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Zalsburq şəhərindən 60 km aralıda yerləşən Kössen qəsəbəsində təlim-məşq toplanışını davam etdirən komandanın proqramında dünən 2 məşq vardı.  "Şaxtyor"la qarşılaşan komanda səhər çalışmasına yeri vaxtla 10:30-da (Bakı vaxtıyla 13:30)  yollanıb.  Daha doğrusu oteli tərk etməyən "Qarabağ" trenajor zalına hərəkət edib. 2 qrup halında məşq edən komanda ümumilikdə 90 dəqiqə ərzində salonda çalışıb. Günün 2-ci məşqinə isə komanda meydançaya yollanıb. Yerli vaxtla 17:30-da məşqə başlayan məşq saat yarım davam edib. İsinmə hərəkətlərinin ardından toplu çalşmalar yerinə yetirilib. Kapitan Rəşad Sadıqov yenə də fizioterapevt nəzarətində çalışıb. Bu günə 1 məşq nəzərdə tutulub. Komanda meydançaya yerli vaxtla 10:30-da yollanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31