Evə dönən İspaniya yığması ölümdən qayıtdı

Madriddə ispanları daşıyan təyyarəni ildırım vurub

Braziliyada keçirilən futbol üzrə dünya çempionatından evə qayıdan İspaniya yığmasının təyyarəsini ildırım vurub. Hadisə paytaxt Madriddə baş verib. İspaniya yığmasının tam heyəti ilə dolu olan təyyarə Madrid hava limanında eniş edərkən qəfildən çaxan ildırım təyyarənin sağ qanadını vurub. Ekipaj üzvləri idarəetməni itirsə də sonda təyyarəni aeroporta endirə bilib.

Qeyd edək ki, İspaniya yığması dünya çempionatında uğursuz çıxışları ilə yadda qaldı. İspanlar Hollandiya yığmasına 1:5, Çili millsinə isə 0:2 hesabı ilə məğlub oldu. Avstraliya yığmasına 3:0 hesabı ilə qalib gəlsə də İspaniya qrupdan çıxa bilmədi.

Mənbə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31