Kolumbiya və Yunanıstan 1/8 finalda

Braziliyada keçirilən dünya çempionatında qrup mərhələsi başa çatmaq üzrədir.ANS PRESS-in məlumatına görə, bu gecə C qrupunda III turun görüşləri baş tutub. Yaponiya - Kolumbiya və Yunanıstan - Kot-d'İvuar görüşləri keçirilib. Qrup lideri olan Kolumbiya yaponları darmadağın edib. Matç 4:1 hesabı ilə başa çatıb.Maraqla gözlənilən digər görüş isə Yunanıstan - Kot-d'İvuar qarşılaşması olub. Gərgin oyunun taleyi sonuncu dəqiqələrdə həll olunub. 90-cı dəqiqəyə qədər matçda hesab 1:1 olub və bu Afrika təmsiliçisinə növbəti mərhələyə çıxmaq imkanı verirdi. Lakin son dəqiqədə Kot-d'İvuar futbolçularının kobud və lazım olmayan qayda pozuntusu yunanlara penalti hüququ verib. Samaras zərbəni dəqiq yerinə yetirərərk komandasının 1/8 finala çıxarıb.

25 iyun
C qrupu
Yaponiya - Kolumbiya - 1:4
Qollar: Okazaki, 45 - Quadrado, 17 (pen); Martines, 55; 82; Rodriqes, 90

Yunanıstan - Kot-d'İvuar - 2:1
Qollar: Samaris, 42; 90 - Bony, 74

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31