Məsut Özil: "Klinsmann bizi yaxşı tanıyır"

Almaniya millisinin yarımmüdafiəçisi Məsut Özil "DÇ-2014"də qarşılaşacaqları ABŞ-la oyun haqda danışıb. Türk əsilli futbolçu "Yahoo Sports"a açıqlamasında rəqibin baş məşqçisi Yurgen Klinsmannın onları yaxşı tanıdığını bildirib. "Tezliklə bərpa olunmalı və qarşıdakı oyuna hazırlaşmalıyıq. Qrupu lider kimi başa vurmaq istəyirik, ancaq ABŞ millisi fiziki cəhətdən güclüdür. Rəqibin almaniyalı baş məşqçisi Yurgen Klinsmann bizi yaxşı tanıyır. Ancaq iki komandanın hazırki səviyyəsini müqayisə etsək, qələbə qazanacağımıza inanıram".

Qeyd edək ki, ABŞ - Almaniya oyunu iyunun 26-da, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31