"Neymar və Robben mundialın ən yaxşılarıdır"

Braziliya futbolunun canlı əfsanəsi Ziko yığmanın hücumçusu Neymar və Hollandiya millisinin forvardı Aryen Robben haqda xoş sözlər deyib.  "O Globo"ya danışan Ziko hər iki futbolçunun "DÇ-2014"ün ən yaxşısı olduğunu bildirib: "Neymar Braziliya millisində bir funksiyanı yerinə yetirmir. O, komanda üçün çox işlər görür. Bu səbəbdən Neymar yığma üçün vacib oyunçudur. Eyni sözləri Robben haqda da deyə bilərəm. Hər iki futbolçu mundialın ən yaxşılarıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31