Ali məktəb tələbələri arasında hündürlüyə tullanma yarışı keçiriləcək
24 İyun 2014 14:16 İdman"SameSOME Production" şirkəti Azərbaycanın ali məktəb tələbələri arasında hündürlüyə tullanma üzrə əyləncə yarılşması keçirir. Bu barədə "OLAYLAR"a şirkətin mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, yarışmada 18-25 yaş arası tələbələr iştirak edəcək. Tədbirdə 20 komanda təmsil olunacaq. Yarış iki nominasiya üzrə keçiriləcək. Komandalar şirkət tərəfindən kreativ formalarla təmin ediləcək. Qalib gələn komandalar mükafatlandırılacaq. Tədbir iyunun 29-unda Nabrandakı "Seebreez" otelde keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31