"Neftçi"nin qənimi ən zəiflər səbətində

Sabah futbol üzrə UEFA Çempionlar Liqasında 2012-2013 mövsümünün pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə uğrunda 20 klub mübarizə aparacaq. Bunların 14-ü üçüncü təsnifat mərhələsinin qalibləridir. Həmin 14 klub mübarizəyə məhz pley-off mərhələsindən başlayacaq 6 iştirakçı ilə birgə ÇL-in qrup mərhələsinə 10 vəsiqənin taleyinə aydınlıq gətirəcəklər.

Artıq İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma öncəsi klublar səbətlərə də bölünüblər. Həmin səbətlərin tərkibini diqqətinizə çatdırırıq. Maraq üçün qeyd edək ki, Azərbaycan çempionu "Neftçi"ni mübarizədən kənarlaşdıran İsrailin "Hapoel" (Kiryat Şmona) klubu ən zəiflərin - yəni "səpələnməmişlər"in siyahısında yer alıb.

Çempionlar                               Səpələnməmişlər
Səpələnmişlər 
                      
Bazel(İsveçrə)                           CFR Cluj (Rumıniya)    
Anderlext(Belçika)                      Helsingborg (İsveç)
Celtik(Şotlandiya)                       Maribor (Sloveniya)        
BATE(Belarus)                            AEL Limassol (Kipr)
Dinamo(Zaqreb,Xorvatiya)          Hapeol (Kiryat Şmona, İsrail)

QEYRİ-ÇEMPİONLAR
   
Səpələnmişlər                                  Səpələnməmişlər
                                             
Braqa(Portuqaliya)                                  Fenerbahçe (Türkiyə)
Dinamo (Kiyev, Ukrayna)                         Udinese (İtaliya)  
Panathinaikos (Yunanıstan)                     Lille(Fransa)         
Copenhagen (Danimarka)                        Malaga(İspaniya)
Spartak (Moskva, Rusiya)                        Borussiya(Münhenqladbax,Almaniya)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31