Afinanın yararsız Olimpiya obyektləri

2004-cü ildə 28-ci Olimpiya oyunlarının keçirildiyi Yunanıstanda indi də olimpiya obyektləri yararsız hala düşüb. "Qafqazinfo"nun məlumatına görə, ölkə bu oyunları keçirmək üçün milyardlarla dollar pul xərcləsə də, hazırda Olimpiya obyektlərindən istifadə edən yoxdur.Qeyd edək ki, təkcə Olimpiya obyektlərinin tikintisi ölkəyə 7, 2 milyard dollara başa gəlib və Yunanıstanın həmin pulu olimpiyaya gələn turistlər hesabına kompensasiya etməyi istəyi isə alınmayıb. Nəticədə Yunanıstan müflüs olma təhlükəsi ilə üz-üzədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31