Fariz Nəcəfov: “Avroliqada ilk mərhələni keçməyə gücümüz çatır”

"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının ilk təsnifat mərhələsində rəqibləri olacaq Bosniya və Herseqovinanın "Şiroki Briyeq" komandasını dəyərləndirib. Qol.Az saytına açıqlamasında klub rəsmisi çətin rəqiblə düşdüklərini deyib:"Şiroki Briyeq" asan rəqib deyil. Avrokuboklarda təcrübəsi olan komandadır. Ancaq ilk mərhələni keçmək üçün gücümüz, potensialımız var. İnanıram ki, "Qəbələ"  Avroliqada ilk ilində uğurlu çıxış edəcək". Xatırladaq ki, 2004/2005 mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsində "Neftçi" ilə üz-üzə gələn "Şiroki Briyeq"  iki oyunun nəticəsinə görə (2:1, 0:1) mübarizəni dayandırmışdı. F.Nəcəfov həmin oyunu xatırlatmaqla yanaşı qeyd edib ki, rəqib "Qəbələ"yə nisbətən Avroliqada böyük təcrübəyə malikdir: "Ancaq bütün bunları bəhanə etmək fikrimiz yoxdur. Sadəcə rəqibi qiymətləndiririk".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31