Meksikanın baş məşqçisi: "Həyatımın ən xoşbəxt günlərindən biridir"

Meksikanın baş məşqçisi Miqel Herrera DÇ-2014-də Xorvatiyaya qalib (3:1) gələrək 1/8 finala yüksəldikləri oyunu şərh edib. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, həyatının ən xoşbəxt gününü yaşadığını deyib:"Matç ərzində gərgin deyildik, dizlərimiz titrəmirdi. Futbolçularım meydanda çox yaxşı oyun nümayiş etdirdilər. Bu, həyatımın ən xoşbəxt günlərindən biridir. Ümid edirəm ki, növbəti mərhələdə də uğurlu çıxış edəcyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31