Kamerun-Braziliya: 1-4 (FOTO)
Oyunda 3-cü qol sevincini də Neymar yaşayıb
24 İyun 2014 11:08 İdmanBraziliyada futbol üzrə XX dünya çempionatında növbəti oyunlar keçirilir.ANS PRESS-in məlumatına görə, Bakı vaxtı ilə saat 00.00-da başlayan A qrupunun Kamerun-Braziliya matçında oyun sambaçıların qələbəsi ilə başa çatıb.İlk qolu oyunun 17-ci dəqiqəsində Neymar vurub. Qarşılaşmanın 26-cı dəqiqəsində Matipin qolu ilə Kamerun yığması hesabı bərabərləşdirib. Oyunda 3-cü qol sevincini isə yenə də Neymar yaşayıb.Qeyd edək ki, Kamerun qrupdan çıxmaq şansını itirib. Braziliya isə 4 xalla A qrupunun lideridir.
Kamerun - Braziliya - 1:4
Qollar: Matip, 27 - Neymar, 17; 34; Fred, 50; Fernandinyo, 84
Hakim: Yunas Eriksson (İsveç)
Braziliya. "Nasional" stadionu
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31