Mircavadov: “Qarabağ” mərhələni adlayacaq”
23 İyun 2014 20:15 İdman"Püşkün nəticəsi "Qarabağ" üçün normal oldu. Rəqibin kimliyindən asılı olmayaraq komandamızın hazırlıq səviyyəsi yüksək olmalıdır. İnanıram ki, "Qarabağ"da bu sarıdan problem olmayacaq və mərhələni adlayacaq". Qol.Az saytına açıqlamasında bu sözləri Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib. Çempionlar Liqasının II təsnifat məhələsində Maltanın "Valetta" klubunun "Qarabağ"a rəqib olmasını dəyərləndirən təcrübəli mütəxəssis ilk oyunun səfərdə olmasını komandamız üçün müsbət qiymətləndirib: "Qarabağ" səfərdə daha yaxşı oynayacaq. Ancaq ilk oyundan qabaq rəqib haqda informasiya toplamaq lazımdır. Əks halda "Qarabağ" üçün çox ağır oyun ola bilər. Avropada asan və ya çətin rəqib olmur. Ancaq Malta futbolunun səviyyəsi o qədər də yüksək deyil".