Güləşçilərimizin daha bir uğuru
23 İyun 2014 15:28 İdmanPolşanın Katovitse şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı başa çatıb. "OLAYLAR"-ın xəbərinə görə, güləşçilərimiz çempionatda ümumilikdə 4 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. İlk olaraq çempionatda mübarizəyə başlayan sərbəst güləşçilərimiz 1qızıl və 1 gümüş medal əldə edib. Nurməhəmməd Hacıyev (84 kq) bütün rəqiblərindən üstün olub və qızıl medal qazanıb. Murad Süleymanov (66 kq) isə gümüş medalla kifayətlənib. Yığmamız komanda hesabında 5-ci sırada qərarlaşıb. Gənc qızlardan ibarət yığma komandamızın üzvləri çempionatda 1 gümüş və 2 bürünc medal qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31