“Messiyə deyin, başqa planetə getsin, bizə qələbə lazımdır"

Nigeriya millisinin qapıçısı Vinsent Enyeama DÇ-2014-ün Argentina ilə qrupda keçirəcəkləri son oyunla bağlı fikirlərini açıqlayıb. Jurnalistlərə açıqlamasında o bildirib ki, onların Messinin oynayacağı komandaya qalib gəlməsi mümkün deyil. "Biz yalnız bir halda qələbə qazana bilərik: əgər Messini başqa planetə göndərilsə. Xahiş edirəm, Messiyə deyin, başqa planetə getsin, bizə qələbə lazımdır" - deyə o bildirib. Xatırladaq ki, bu komandalar arasında qarşılaşma iyunun 25-də keçiriləcək. Altı xalı olan Argentina artıq 1/8 finala vəsiqəni təmin edib. Dörd xala malik Nigeriya isə təkcə qələbə deyil, bir xal qazanacağı təqdirdə belə, pley-off-da oynamaq şansı qazanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31