Lempard İngiltərə millisində son oyuna çıxır
23 İyun 2014 14:29 İdmanFrank Lempard sabah İngiltərə millisində son matçına çıxacaq. Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli yarımmüdafiəçi DÇ-2014-də Kosta- Rika ilə görüşdən sonra yığmadakı karyerasını başa vuracaq. F.Lempard bu görüşdə meydana komandanın kapitanı kimi çıxacaq. Yığmanın baş məşqçisi Roy Hocson futbolçunun yığmadakı sonuncu oyununda kapitan olacağını deyib.
Qeyd edək ki, İngiltərə millisinin kapitanı Stiven Cerrarddır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31