İtaliya - Azərbaycan matçı Siciliyada

Azərbaycan milli komandasının Avro-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya yığması ilə keçirəcəyi oyunun stadionu müəyyənləşib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu il oktyabrın 10-də keçiriləcək İtaliya - Azərbaycan oyunu Palermo şəhərindəki "Comunale Renzo Barbera" stadionunda təşkil olunacaq.

Qeyd edək ki, Siciliya inzibati regionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31