Xabi Alonso: "Dünya çempionatını unutmaq istəyirəm"
23 İyun 2014 14:25 İdmanİspaniya millisinin yarımmüdafiəçisi Xabi Alonso maraqlı fikirləri ilə diqqət çəkib. Təcrübəli futbolçu "AS" qəzetinə açıqlamasında tezliklə "DÇ-2014"ü unutmaq istədiklərini bildirib. "Yığmadakı gələcək taleyim haqda danışmaq fikrində deyiləm. Tezliklə bu dünya çempionatını unutmaq və istirahət etmək istəyirəm. Bundan sonra gələcək karyeram haqda danışmaq və qərarımı açıqlamaq olar".
Qeyd edək ki, X.Alonso daha öncə verdiyi açıqlamasında dünya çempionatından sonra İspaniya millisindəki karyerasını başa vuracağını bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31