Hollandiya Çiliyə, Meksika Xorvatiyaya qarşı
23 İyun 2014 13:09 İdmanBu axşam futbol bayramı 3 yox, 4 qarşılaşma ilə davam edəcək. Milli.Az xəbər verir ki, bu gün A və B qruplarında qrup mərhələsinin son turunun oyunları start götürəcək. Hollandiya Çilli millisi ilə qarşılaşacaq. Bu görüş qrup liderliyi baxımından prinsipial qarşılaşma olacaq. Digər qarşılaşmada isə Avstraliya və İspaniya milliləri üz-üzə gələcəklər. Bu görüş isə formal xarakterli oyundur. Hər iki matç saat 21:00-da baş tutacaq. A qrupunda isə Braziliya millisi 1/8 finala qrup lideri kimi çıxmağa çalışacaq. Braziliyanın rəqibi Afrika təmsilçisi Kamerun yığması olacaq. Digər görüş isə Xorvatiya və Meksika milliləri arasında baş tutacaq. Bu görüş maraqla gözlənir. Belə ki, hər iki ölkənin 1/8-ə çıxmaq şansları var. Bu qarşılaşmalar isə gecə saat 01:00-da baş tutacaq. Milli.Az
23 iyun
B Qrupu
21:00. Avstraliya - İspaniya
21:00. Hollandiya - Çili
A qrupu
01:00. Kamerun - Braziliya
01:00. Xorvatiya - Meksika