Yurgen Klinsmann: "Bəxtimiz gətirmədi"

ABŞ millisinin baş məşqçisi Yurgen Klinsmann "DÇ-2014"də qarşılaşdıqları Portuqaliya ilə oyun haqda danışıb. Almaniyalı mütəxəssis "Football İtalia"ya açıqlamasında komandasının əla futbol nümayiş etdirdiyini bildirib: "Bir qədər bəxtimiz gətirmədi. Ancaq möhtəşəm oyun oldu. Əla futbol nümayiş etdirdik. Oyuna nəzarət edirdik və vaxtaşırı müdafiəyə çəkilirdik. 3 və ya 4 qol vurmaq üçün yaxşı imkanlarımız oldu. Lakin hələ ki, yaradılan imkanların hamısını qola çevirə bilmirik. Əminəm ki, Almaniya ilə oyunda daha yaxşı futbol sərgiləyəcəyik. Çətin olacaq, ancaq bunu etməliyik".

Qeyd edək ki, ABŞ "DÇ-2014"də ikinci matçında Portuqaliya ilə 2:2 bərabərə qalıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31