Paulo Bentu: "Qrupdan çıxmaq şansımız azdır"

Portuqaliya millisinin baş məşqçisi Paulo Bentu DÇ-2014-ün G qrupunda ABŞ-a 2:2 hesablı bərabərliyi şərh edib. Qol.Az-ın xarici KİV-lərə KİV-lərə istinadən yaydığı xəbərə görə, o, nəticədən və komandasının çıxışından razı qalmayıb: "Nəticə yaxşı deyil. 2:2 hesablı bərabərlik bizim qrupdan çıxmaq şanslarımızı azaltdı. Pis oyun nümayiş etdirdik.  Növbəti mərhələyə yüksəlmək şansımız çox deyil. Qrupun sonuncu turunda ABŞ məğlub olsa belə, top fərqində onlar bizdən üstündürlər".

Qeyd edək ki, Portuqaliya qrupun sonuncu turunda Qana ilə qarşılaşacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31