"İnter" və "Qəbələ"nin beş potensial rəqibi bəlli oldu
23 İyun 2014 11:54 İdmanBu gün Avropa Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçiriləcək. İsveçrənin Nyon şəhərində baş tutacaq mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Premyer Liqamızın gümüş mükafatçısı "İnter" və bürünc mükafatçısı "Qəbələ"nin I təsnifat mərhələsindəki rəqibləri məlum olacaq. Kaxaber Sxadadzenin komandası səpələnmişlər sırasında yer alıb ki, bu da "İnter"in zəif rəqiblə qarşılaşacağına şərait yaradacaq. Tarixində ilk dəfə Avroliqaya vəsiqə qazanan "Qəbələ" isə səpələnməmişlər qrupunda yer alıb. Artıq "İnter" və "Qəbələ"nin beş potensial rəqibi müəyyənləşib. Komandalarımız Avroliqada ilkin mərhələdə bu beş komandadan biri ilə qarşılaşacaq. "İnter"in beş potensial rəqibi: "Sent Culiya" (Andorra), "Tiraspol" (Moldova), "Hibernians" (Malta), "Sioni" (Gürcüstan), "Çelik" (Çernoqoriya) "Qəbələ"nin beş potensial rəqibi: "Şaxtyor" (Karaqanda, Qazaxıstan), "Şiroki Brieq" (Bosniya və Herseqovina), "Birkirkara" (Malta), "Vaduts" (Lixtenşteyn), "Çixura" (Gürcüstan) Ölkə kubokunun son qalibi "Neftçi" isə bu gün II təsnifat mərhələsindəki rəqibini tanıyacaq. Böyükağa Hacıyevin komandası səpələnmişlər sırasında yer alıb. Reytinqi yüksək olan təmsilçimiz nisbətən asan rəqiblərlə qarşılaşacaq.
Qeyd edək ki, qaydalara əsasən komandalarımız ilk təsnifat mərhələsində bir-biri ilə və Ermənistan klubları ilə qarşılaşa bilməz.
II təsnifat mərhələsi
Səpələnmişlər: "Hapoel" (Təl-Əviv, İsrail), "Esbyerq" (Danimarka), "Elfsbprq" (İsveç), AİK (İsveç), "Petrolul" (Rumıniya), ÇFR (Rumıniya), "Neftçi" (Azərbaycan), "Zulte Varegem" (Belçika), "Spartak" (Rusiya), "Krasnodar" (Rusiya), "Omoniya" (Kipr), "Lütsern" (İsveçrə), MOİK (Bolqarıstan), "Qroningen" (Hollandiya), "Asteras" (Yunanıstan), "Motervell" (Şotalandiya), "Zarya" (Ukrayna), "Molde" (Norveç), "Hayduk" (Xorvatiya), "Riyeka" (Xorvatiya), "Mlada Boleslav" (Çexiya), "Slovan" (Çexiya), "Byrsaspor" (Türkiyə), "Voyvodina" (Serbiya), "Partizan" (Serbiya), "Dinamo" (Belarus), "Sankt Polten" (Avstriya), "Qrodiq" (Avstriya), "Zestafoni" (Gürcüstan), "Lex" (Polşa), "Rux" (Polşa), "Hapoel" (Beyer-Şeva, İsrail)
Səpələnməmişlər: "Sent Conston" (Şotlandiya),"Neman" (Belarus), "Şaxtyor" (Belarus), "Koşitse" (Slovakiya), "Trençin" (Slovakiya), "Zavişa" (Polşa), "Rovaniemi" (Finlandiya), "Nova Qoritsa" (Sloveniya), "Qyori ETO" (Macarıstan) və birinci təsnifat mərhələsindən gələcək cütlüklər.