Çempionlar Liqasında "Qarabağ"ın rəqibləri kim olacaq?

Bu gün Çempionlar Liqasının 2014/15 mövsümünün ilk 2 təsnifat mərhələsinin püşkü atılacaq. Milli.Az apasport.az-a istinadən bildirir ki, İsveçrənin Nyon şəhərində baş tutacaq tədbirdə Avropanın 37 ölkəsinin çempionlarının rəqibləri müəyyənləşəcək.

Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə Azərbaycanın ən yaxşısı "Qarabağ" da öz rəqibinin adını biləcək. Topaz Premyer Liqasının son qalibi II təsnifat mərhələsindən mübarizəyə qatılacaq.

Ən aşağı reytinqli 6 komanda isə ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Bu mərhələnin 3 qalibi isə 31 kluba qatılacaq. II təsnifat mərhələsinin püşkü zamanı 31 klub və 3 cütlük iştirak edəcək. Bu cütlüklərin hamısı səpələnməmişlər səbətində yer alacaq. "Qarabağ" isə yüksək reytinqli komandaların qərarlaşdığı səpələnmişlər sırasındadır.

I təsnifat mərhələsi

Səpələnmişlər
"Torshavn" (Farer adaları)
"Levadiya" (Estoniya)
"Santa Koloma" (Andorra)

Səpələnməmişlər
"Linkoln" (Cəbəllütariq)
"Banants" (Ermənistan)
"La Fiorita" (San-Marino)

II təsnifat mərhələsi

Səpələnmişlər
"Sytaua" (Rumıniya)
"Seltik" (Şotlandiya)
BATE (Belarus)
"Sparta" (Çexiya)
"Dinamo" (Xorvatiya)
"Ludoqorets" (Bolqarıstan)
"Makkabi" (Təl-Əviv. İsrail)
"Şerif" (Moldova)
"Slovan" (Slovakiya)
"Aktobe" (Qazaxıstan)
"Ventspils" (Latviya)
"QARABAĞ" (AZƏRBAYCAN)
HİK (Finlandiya)
"Legiya" (Polşa)
"Srvena Zvezda" (Serbiya)
"Debretsen" (Macarıstan)
"Maribor" (Slovaniya)

Səpələnməmişlər
"Dinamo" (Gürcüstan)
"Malmö" (İsveç)
"Stromsqodset" (Norveç)
"Reykyavik" (İslandiya)
"Sent Patriks" (İrlandiya)
TNS (Uels)
"Skenderbeu" (Albaniya)
"Zrinski" (Bosniya və Hersoqovina)
"Valletta" (Malta)
"Rabotniçki" (Makedoniya)
"Jalgiris" (Litva)
"Kliftonvill" (Şimali İrlandiya)
"Düdelanj" (Lüksemburq)
"Sutyeska" (Monteneqro)

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31