DÇ-2014: Belçika Rusiyaya qarşı
22 İyun 2014 22:46 İdmanBraziliyada keçirilən XX dünya çempionatının final mərhələsində daha 3 oyun keçiriləcək. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, günün qarşılaşmaları müxtəlif qruplarda baş tutacaq.
H qrupunun kağız üzərindəki favoritlərinin duelində Belçika qalib gələrsə, qrupdan çıxmış olacaq. Rusiyalılar isə istənilən xal itkisində vəziyyətini çətinə salacaq.
H qrupu
21:00. Belçika - Rusiya
Baş hakim: Brix (Almaniya)
Rio de Janeyro. "Marakana" stadionu
Belçika: Kuprtua, Alderviereld, Vermalen, Kompani, Vitsel, De Bryune, Fellaini, Lukaku, Hazard, Mertens, Van Byuten
Rusiya: Akinfeyev, Kozlov, İqnaşeviç, Kanunnikov, Qluşakov, Kokorin, Berezutski, Şatov, Səmədov, Fayzulin, Kombarov
Belçika
1
1
0
0
2-1
3
Cənubi Koreya
1
0
1
0
1-1
1
Rusiya
1
0
1
0
1-1
1
Əlcəzair
1
0
0
1
1-2
0
--------
10:17
Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir.
Qol.az-ın məlumatına görə, bu gün daha 3 qarşılaşma keçiriləcək.
H qrupunda iki oyun keçiriləcək. İlk öncə meydana Belçika və Rusiya komandaları çıxacaq. Həmin oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qrupun digər matçında Cənubi Koreya və Əlcəzair yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Bu oyunun start fiti Bakı vaxtı ilə saat 00:00-da veriləcək.
Gecə saatlarında G qrupunda bir oyun baş tutacaq. Bakı vaxtı ilə saat 03:00-da ABŞ və Potuqaliya yığmaları üz-üzə gələcək.
22 İyun
H qrupu
21:00. Belçika - Rusiya
00:00. Cənubi Koreya - Əlcəzair (iyunun 22-dən 23-nə keçən gecə)
G qrupu
03:00. ABŞ - Portuqaliya (iyunun 22-dən 23-nə keçən gecə)