Cerrard: "Məğlubedilməz komanda olmalı idik"

"Luis Suarez yaxşı hücumçudur. Ona qol vurmağa imkan verməməliydik. Hesabı bərabərləşdirdikdən sonra çox pis oynadıq. Bəlkə də 1:1 hesabını qorumağa çalışmalıydıq. Daha ağıll və yaxşı oyun nümayiş etdirməliydik.  Bir xalımızın belə olmaması məni çox üzür. Oynadığımız futbol pis deyildi, ancaq istədiyimiz nəticələri əldə edə bilmədik". Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri İngiltərə millisinin futbolçusu Stiven Cerrard Uruqvaya 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra deyib. 34 yaşlı yarımmüdafiəçi bu turnirdəki çıxışlarını heç bəyənmədiyini bildirib: "Məğlubedilməz komanda olmalı idik. Ancaq hər iki matçda uduzmağımız məni çox məyus etdi.  Qrupdan çıxmağımız üçün İtaliya Kosta-Rika və Uruvaya qalib gəlməlidir. Ancaq biz bu turnirə bunun üçün gəlməmişdik. Öz taleyimizi özümüz həll etməli idik. Bu durumda olmağımızı qəbul etmək çox çətindir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31