Yunanıstanın baş məşqçisi : "Qələbə qazana bilərdik"
20 İyun 2014 11:55 İdman"Katsuranisin qırmızı vərəqə ilə cəzalandırılmasından sonra oyunda hər şey dəyişdi. On nəfərlə qalmasaydıq, qələbə qazana bilərdik. Fasilədə futbolçularıma müdafiədə yaxşı oynamalı olduqlarının söylədim. Onlar da dediklərimə əməl etdilər". Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri Yunanıstan millisinin baş məşqçisi Fernando Santuş DÇ-2014-də Yaponiya ilə oyundan (0:0) sonra deyib. Komandasının qrupdan çıxmaq şanslarını da dəyərləndirən portuqaliyalı mütəxəssis bildirib ki, növbəti mərhələyə yüksəlmək şansları hələ də var. Ancaq o, bunun üçün Kolumbiyanın Yaponiyaya məğlub olmamasının önəmli olduğunu vurğulayıb: "Biz də Fil Dişi Sahilinə qalib gəlməyə çalışmalıyıq. Heç-heçə daha bizə sərf etmir. Qələbə qazanmaqdan başqa çarəmiz yoxdur.