Yaponiya-Yunanıstan: (0-0)
20 İyun 2014 09:42 İdmanFutbol üzrə Braziliyada keçirilən dünya çempionatı davam edir.ANS PRESS-in məlumatına görə, C qrupunun ikinci turunda Bakı vaxtı ilə 03:00-da Yaponiya-Yunanıstan qarşılaşması başlayıb. İlk görüşlərində məğlub olan yığmalardan favorit olaraq yunanlar göstərilirdi. Lakin oyun heç də gözlənilən kimi olmayıb. Oyunun ilk hissəsində balkan təmsilçisi kapitanının qırmızı vərəqə alması yunanları azlıqda qoyub.Yaponların qol vurmaq şansları olsa da, istəklərinə nail ola bilməyiblər və oyun 0:0 hesabı ilə başa çatıb
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31