Artim Şakiri "Qarabağ"dan cavab gözləyir
19 İyun 2014 19:23 İdmanSon günlər mətbuatda "Qarabağ"ın makedoniyalı müdafiəçi Eqzon Belika ilə maraqlanması xəbəri yer alıb. 23 yaşlı mərkəz müdafiəçisi "Qarabağ"ın sabiq futbolçusu Artim Şakirinin qaynıdır. Bu barədə Qol.Az saytına veteran futbolçu özü məlumat verib. O, bildirib ki, qohumunu "Qarabağ"a təklif edib və hazırda Ağdam klubundan cavab gözləyir. Şakiri onu da əlavə edib ki, E.Belikaya digər ölkələrdən də təkliflər var.
Qeyd edək ki, Artim Şakiri 2008/2009 mövsümündə "Qarabağ"ın şərəfini qoruyub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31