Kişinyov şəhərində təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün moldovalı həmyaşıdları ilə yoldaşlıq oyunu keçirib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Komandamızın heyətində Seymur Əliyev fərqlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31