Hollandiyalı futbolçu qorxutdu
19 İyun 2014 20:20 İdmanHollandiya millisinin müdafiəçisi Bruno Martins İndi "DÇ-2014"də Avstraliya ilə görüşdə (3:2) ciddi zədə alıb. Matçın 45-ci dəqiqəsində rəqib hücumçu Tim Kehillə toqquşan Martins İndi ayağa qalxa bilməyib. Toqquşmadan sonra gözləri ağaran futbolçu yaxınlıqdakı xəstəxanaya çatdırılıb. 22 yaşlı oyunçunu Memfis Depay əvəzləyib.
Qeyd edək ki, Martins İndinin növbəti oyunlarda meydana çıxıb-çıxmayacağı məlum deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31