"Suarezin İngiltərə ilə matçda oynamaq şansı çox azdır"
19 İyun 2014 16:18 İdmanUruqvay millisinin baş məşqçisi Oskar Tabares futbolçusu Luis Suarezin son durumu haqda məlumat verib. Qol.Az-ın "eurosport.com"a istinadən yaydığı xəbərə görə, mütəxəssis zədəsinin sağalmasına baxmayaraq, Suaresin tam formada olmadığını deyib. O, Suarezin İngiltərə ilə matçda oynayıb-oynamayacağı barədə qərarı görüşün başlamasına bir neçə saat qalmış verəcəklərini bildirib. Ancaq Tabares hücumçunun sözügedən qarşılaşmada iştirak etmək şanslarının çox az olduğunu vurğulayıb.
Qeyd edək ki, bu gecə baş tutacaq İngiltərə ilə matçda Uruqvay millisinin kapitanı Dieqo Luqano da zədə səbəbindən iştirak edə bilməyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31