Kavani: "Braziliya mundialın əsas favoritidir"
19 İyun 2014 16:07 İdmanUruqvay millisinin hücumçusu Edinson Kavani "DÇ-2014"də favorit gördüyü komandanın adını açıqlayıb. AFP-yə danışan təcrübəli futbolçu Braziliyanın favorit olduğunu bildirib: "Braziliya millisində PSJ-dən bir neçə komanda yoldaşım var. Onlar haqda danışmaq istəmirəm, ancaq Braziliya yığması mundialın favoriti olaraq qalır. Onlar artıq 5 dəfə titulu qazanıblar. Braziliya millisində aparıcı və oyunun taleyini istənilən vaxt dəyişə biləcək futbolçular var. Ona görə Braziliyanı favorit görürəm". Qol.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31