Ramos: "Futbolda İspaniya dövrü başa çatmayıb"
19 İyun 2014 16:00 İdmanİspaniya millisinin futbolçusu Serxio Ramos "DÇ-2014"də Çiliyə 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bildirib. Qol.Az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, qrupdan çıxmaq şanslarını itirən yığmanın müdafiəçisi söyləyib ki, bu uğursuz çıxışları futbolda İspaniya dövrünün başa çatması demək deyil: "Qrupdan çıxa bilmədiyimiz üçün çox məyusuq. Amma bu komanda tarix yazıb. Dünya kubokunu və iki Avropa çempionluğunu ard-arda qazanmışıq". Xatırladaq ki, İspaniya "DÇ-2010"un qalibi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31