"Yeni Klop" "Qalatasaray"la müqavilə bağladı

Klubun baş məşqçisi almaniyalı mütəxəssis Tomas Tuçel olacaq

Futbol  "Qalatasaray" klubunun yeni baş məşqçisi bəlli oldu. Türkiyə mətbuatı yazır ki, klubun yeni baş məşqçisi almaniyalı mütəxəssis Tomas Tuçel olacaq. Onun yaxın günlərdə rəsmi açıqlama verəcəyi gözlənilir.

Qeyd edək ki, Tomas Tuçel Almaniyanın "Şalke-04" və "Bayer Leverkuzen" klublarının təkliflərini rədd etdiyini deyib. Xatırladaq ki, 40 yaşlı Tomas Tuçel baş məşqçi kimi karyerasına 2009-2010 illərdə Almaniyanın "Maynts" klubunda başlayıb. Qısa müddətdə böyük uğurlar əldə edib. Onu hətta "yeni Klop" adlandırırlar. Anspress

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31