Kasilyas xalqdan üzr istədi

İspaniya yığmasının kapitanı İker Kasilyas Çili ilə oyundan sonra azarkeşlərdən üzr istəyib. Lent.az-ın xəbərinə görə, İ.Kasilyas yaranmış vəziyyətdən çıxacaqlarına inandığını söyləyib: "Xalqdan üzr istəyirəm. Bu oyunda əlimizdən gələni etdik, amma alınmadı. Çox məyusuq. Faciəni qəbul etmək məcburiyyətindəyik". İ.Kasilyas yığma karyerası ilə bağlı suala isə konkret cavab verməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31