"Bu cür məğlubiyyəti qəbul etmək çətindir"

"Bu cür hesabla məğlubiyyəti qəbul etmək çətindir. Həmişə 10 nəfərlə oynamaq ağır olub. Ancaq bununla Xorvatuyanının qələbəsinə kölgə salmaq istəmirəm".  Bu sözləri Kamerun millisinin baş məşaçisi Folker Finke Xorvatiya ilə oyundan sonra FİFA-nın rəsmi saytına açıqlamasında deyib. Almaniyalı mütəxəssis komandasının böyük hesabla (0:4) məğlubiyyətini rəqibin daha güclü olması ilı əlaqələndirib: "Xorvatiya öz oyunu ilə təmiz qələbə qazandı. Rəqib bizdən daha iddialı görünürdü. Ancaq bizim də qol vurmaq üçün şanslarımız oldu. Ruhdan düşməməli, irəli baxmalıyıq. Çünki komandamızda çox perespektivli oyunçular var". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31