Xorvatiya darmadağın etdi
Afrika təmsilçisi dalbadal ikinci oyunda da məğlubiyyətlə üzləşərək, mundiala vida edib
19 İyun 2014 08:56 İdmanBraziliyada keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin növbəti oyunu keçirilib.ANS PRESS-in məlumatına görə, "A" qrupunda II turun ikinci oyunu Kamerun və Xorvatiya milliləri arasında baş tutub. Dünya çempionatı tarixində ilk dəfə üz-üzə gələn tərəflərdən məğlub olan mundiala vida etməli idi.Xorvatiya millisinin göstərdiyi əzmkar oyun qarşısında tab gətirə bilməyən kamerunlular 0:4 hesabı ilə məğlub olaraq mundialla vidalaşıblar.
A qrupu
Kamerun - Xorvatiya - 0:4
Qollar: Oliç, 11; Perişiç, 48; Mandjukiç, 61; 73
Qırmızı vərəqə: Song, 40
Hakim: Pedru Proensa (Portuqaliya)
Manaus. "Arena Amazoniya"
Kamerun: İtandje, Ekotto, Nkoulou, Song, Moukandjo, Abubakar, Choupo-Moting, Cnedjou, Mbia, Enon, Matip
Xorvatiya: Pletikosa, Pranjiç, Perişiç, Qorluka, Lovren, Rakitiç, Modriç, Srna, Mandjukiç, Oliç, Sammir