Avstraliya - Hollandiya: 2-3

Avstraliya - Hollandiya matçı Hollandların 3-2 hesablı qələbəsilə nəticələnib.ANS PRESS-in məlumatına görə, beləliklə, Hollandiya yığması dünya çempionatında 8/1 finala vəsiqə qazanan ilk komanda olub.

22.25

Avstraliya - Hollandiya matçında Hollandlar irəli çıxıb.

ANS PRESS-in məlumatına görə, 3-cü qolu Hollandların oyunçusu Memphis Depay 68-ci dəqiqədə vurub.

22.16

Avstraliya - Hollandiya matçında hesab bərabərləşdi.

ANS PRESS-in məlumatına görə, hollandlarda cavab topunu 58-ci dəqiqədə Robin van Persie vurdu.

22.12

Avstraliya - Hollandiya matçında hesab 2-1 avstraliyalıların xeyrinədir.

ANS PRESS-in məlumatına görə, 2-ci qolu 54-cü dəqiqədə Mile Jedinak penalti zərbəsilə vurub.

21. 24

Avstraliya - Hollandiya matçında hesab 1-1 oldu.

ANS PRESS-in məlumatına görə, ilk qolu hollandlar vurdu. Arjen Robben 20-ci dəqiqədə komandasını sevindirdi, ancaq bu sevinc uzun sürmədi. Bir dəqiqədən sonra, yəni 21-ci dəqiqədə Tim Cahill avstraliyalıların cavab topunu vurdu.

21.16

Braziliyada keçirilən futbol üzrə Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir.

ANS PRESS-in məlumatına görə, Bakı vaxtı ilə saat 21.00-da başlayan Avstraliya - Hollandiya matçında hesab açılmayıb, artıq oyunun 17-ci dəqiqəsi gedir.

Qeyd edək ki, bu gün daha 2 qarşılaşma baş tutacaq.

18 iyun

B qrupu

00:00. İspaniya - Çili

A qrupu

03:00. Kamerun - Xorvatiya 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31