"Neftçi" yenidən "Çixura" ilə qarşılaşacaq

"Neftçi" klubu Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışını davam etdirir. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "ağ qaralar" hazırlıq çərçivəsindəki ikinci yoxlama oyununu da "Çixura" klubuna qarşı keçirəcək. Komanda ilk oyunda məğlub olduğu (2:3) Gürcüstan kubokunun finalçısı ilə bu dəfə iyunun 20-də qarşılaşacaq.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31