Del Pyero: "İtaliya finala qədər irəliləyəcək"

İtaliya futbolunun canlı əfsanəsi Alessandro del Pyero yığmasının dünya çempionatındakı şanslarını dəyərləndirib. "Football İtalia"ya danışan təcrübəli futbolçu komandanın finala qədər irəliləyəcəyinə inandığını bildirib: "İtaliya millisi yaxşı təsir bağışlayır. Hələ komandanın hansı mərhələyə qədər irəliləyəcəyini söyləmək tezdir. Ancaq məncə, onlar finala qədər gedə biləcəklər. İndidən komanda və baş məşqçi Çezare Prandellinin üzərində təzyiq yaratmayaq. Onlar rahat mühitdə işləməlidirlər. Hələlik dünya çempionatı maraqlı məcrada keçir. Çoxlu qollar vurulur və favoritlər öz statuslarını qoruyurlar". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31