"Milan" Muntari ilə müqaviləni yenilədi
18 İyun 2014 20:05 İdmanÖtən mövsüm uğursuz çıxışı ilə diqqət çəkən "Milan" klubu futbolçusu Sulley Muntari ilə müqaviləni yeniləyib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Qana millisinin üzvü komandası ilə iki illik müqavilə imzalayıb. Müqaviləyə əsasən Muntari 2016-cı ilin iyun ayına qədər "Milan"ın şərəfini qoruyacaq.
Qeyd edək ki, 29 yaşlı futbolçu 2012-ci ildə "İnter"dən "Milan"a transfer olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31