Maradona stadiona buraxılmadı

Əfsanəvi argentinalı futbolçu Diyeqo Maradona Braziliyada keçirilən futbol üzrə dünya çempionatı çərçivəsində baş tutan Argentina və Bosniya-Hersoqovina oyununu televiziyadan izləmək məcburiyyətində qalıb. CNN-nin verdiyi məlumata görə, Braziliyanın "Marakana" stadionunun səlahiyyətli nümayəndələri Maradonanı oyunun keçirildiyi arenaya buraxmayıblar. Buna səbəb kimi argentinalının lazımi akreditasiona sahib olmamasını gətiriblər. Qeyd edək ki, Argentina və Bosniya-Hersoqovina qarşılaşmasında 2-1 hesabı qeydə alınıb. "F" qrupunda bu komandalardan başqa Nigeriya və İran da mübarizə aparırlar. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31